AZ

Paşinyan: Sülh sazişi Konstitusiyaya zidd olarsa, dəyişikliklərə gedəcəyik

Əgər yerli Konstitusiya Məhkəməsi imzalanacaq sülh sazişinin Konstitusiyaya zidd olduğunu müəyyən etsə, hökumət Konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək.

Ulusal.az  erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışından sonra deputatların suallarını cavablandırarkən bildirib.

“Əgər bizim Konstitusiya Məhkəməmiz qərara alsa ki, saziş Konstitusiyaya uyğundur, onda onun parlamentdə ratifikasiyası üçün heç bir maneə qalmır və bu halda sənəd ali hüquqi qüvvə alır. Beləliklə, sülh sazişi kontekstində Konstitusiya ilə bağlı heç bir problem mövcud deyil”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir xatırladıb ki, Ermənistan hələ 2020-ci ilin fevralında yeni Konstitusiyanın qəbulunun zəruriliyini etiraf edib. Onun sözlərinə görə, əsas səbəb odur ki, erməni cəmiyyəti indiyədək Konstitusiyaya səs verdiyini hiss etməyib.

Paşinyanın sözlərinə görə, sülh prosesinə heç bir maneə yoxdur. Əksinə, hətta Azərbaycanın irəli sürdüyü narahatlıqları da sülh sazişinin imzalanması və ratifikasiyası ilə aradan qaldırmaq mümkündür.

Paşinyan xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan prezidenti ilə Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımaq barədə razılıq əldə olunub. Ermənistan Konstitusiya Məhkəməsi də bunun Konstitusiyaya zidd olmadığını təsdiqləyib.

Onun fikrincə, sülh sazişi məhz həmin bəyannaməyə istinad edir və əlavə müddəa daşıyır: tərəflər daxili qanunvericiliyə əsaslanaraq sazişin müddəalarını yerinə yetirməməyə bəraət qazandıra bilməzlər.Musavat.com

Seçilən
14
1
moderator.az

2Mənbələr