AZ

Prezidentin general rütbəsi verdiyi Bəhruz Əhmədov KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı sərəncamla, Baş prokurorun müavini - Hərbi prokuror Bəhruz Vidadi oğlu Əhmədova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. 

Hurriyyet.az B.Əhmədovun tərcümeyi-halını təqdim edir:

Bəhruz Vidadi oğlu Əhmədov 4 iyul 1984-cü ildə Neftçalada anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.

Bəhruz Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunub. 2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı rütbəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb. 2020-ci ilin oktyabr ayından ədliyyə polkovniki hərbi rütbəsindədir.

Azərbaycan Respublikasının Prezidentinin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Seçilən
24
6
hurriyyet.az

7Mənbələr