AZ

Yaddaşı zəiflədən qidalar: Əsas risk faktorudurlar

Virciniya Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, ultra emal olunmuş qidaların bəzi kateqoriyaları beyin üçün xüsusilə zərərlidir.

Publika.az xəbər verir ki, bu barədə "The American Journal of Clinical Nutrition" (AJCN) jurnalı məlumat yayıb.

Araşdırma göstərib ki, emal olunmuş ət məhsulları və şəkərli sərinləşdirici içkilər yaşlı insanlarda koqnitiv geriləmə ilə daha sıx əlaqəlidir.

Alimlər yeddi il ərzində 55 yaşdan yuxarı 5000-dən çox amerikalının sağlamlığını izləyib, pəhrizlərini təhlil edib və yaddaş testləri aparıblar. Məlum olub ki, gündəlik bir porsiya işlənmiş ət yaddaş problemləri riskini 17 faiz, hər porsiya soda isə əlavə 6 faiz artırır. Hər iki məhsulu müntəzəm qəbul edənlərdə yaddaş geriləməsi daha sürətli müşahidə olunub.

Müəlliflərin fikrincə, bu qidalar əsas risk faktorudur. Digər ultra emal olunmuş məhsullar isə beyinə o qədər də təsir göstərmir. Alimlər işlənmiş ət məhsullarını az istifadə etməyi, evdə yemək bişirməyi və qazlı içkiləri su ilə əvəz etməyi tövsiyə ediblər. Onlar vurğulayıblar ki, sadə pəhriz dəyişiklikləri vaxtından əvvəl koqnitiv tənəzzül və demans riskini effektiv şəkildə azalda bilər.

Seçilən
8
publika.az

1Mənbələr