AZ

Ermənilərin Qarabağa qayıdışı real deyil -Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Azərbaycanla imzalanan sülh bəyannaməsini “tarixi hadisə” adlandırıb.

O bildirib ki, sənəd Vaşinqtonda Ağ evdə imzalanıb və ABŞ prezidenti Donald Tramp tərəfindən şahid qismində təsdiqlənib.

Paşinyan vurğulayıb ki, ermənilərin Qarabağa qayıdışı real ssenari deyil və belə addımlar Bakıyla sülh prosesinə zərər verə bilər.

Onun sözlərinə görə, bölgəni tərk etmiş ermənilərin gələcəyi Ermənistan və onun vətəndaşlığı ilə bağlıdır.

N.Təbrizli

Seçilən
10
1
anews.az

2Mənbələr