AZ

Azərbaycanda texniki suyun istifadəsi ilə bağlı QƏRAR VERİKLDİ

Azərbaycanda texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda su sərfiyyatının azalmasına dəstək olaraq texniki suyun istifadəsi milli su strategiyasında konkret tapşırıqlar və hədəflərlə müəyyən olunub.

"Texniki su tullantı sularının təmizlənməsi nəticəsində əldə olunur. Təmizlənmənin səviyyəsinə və tətbiq olunan standartlara görə mexanizmlər və texnologiyalar fərqlidir. Yeni su təmizləyici qurğular komplekslərində texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulub və bununla bağlı hesablamalar və təhlillər aparılıb".

Seçilən
9
5
publika.az

7Mənbələr