AZ

Hazırda Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur

Hazırda Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov deyib.

“Şəxslər faktiki olaraq abonent statusuna malik deyillər. Yəni, rəsmi qurumlar tərəfindən onlara nə su, nə də kanalizasiya xidmətləri göstərilir və sayğaclar quraşdırılmayıb. Bu isə öz növbəsində həm böyük həcmdə su itkisinə səbəb olur, həm də xidmət səviyyəsinə ciddi təsir göstərir.

Buna baxmayaraq, qeyd etdiyimiz kimi, sistemli tədbirlər davam etdirilir və məsələ ilə bağlı müvafiq işlər həyata keçirilir”,-o bildirib.

Aytac Zeynalova

Seçilən
7
1
anews.az

10Mənbələr