AZ

Avtobus sürücülərinin maaşları artırılacaq? - RƏSMİ CAVAB

Son illərdə ictimai nəqliyyatda ən çox müzakirə olunan məsələlərdən biri sürücü çatışmazlığıdır.

Far.Az-in məlumatına görə, paytaxt və region avtobuslarında bəzi xətlərdə intervalların uzanması sürücü qıtlığı ilə əlaqələndirilir.

Sürücü çatışmazlığı ilə bağlı vəziyyət necədir? Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür? Avtobus sürücülərinin iş saatlarının azaldılması və əmək haqlarının artırılması ilə bağlı hansı tədbirlər görülür?

Bu sualara cavab tapmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.

AYNA-dan Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir: "İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun təmin edilməlidir.

Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Əmək Məcəlləsinə uyğun olaraq sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur.

Sürücülərin sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilər".

Orxan Hüseyn

Seçilən
15
1
far.az

2Mənbələr