AZ

Ballı südün sağlamlığa faydaları

Gecə yatmazdan əvvəl içilən bir stəkan ilıq süd və bir qaşıq bal həm rahatlamağa, həm də orqanizmə fayda verməyə kömək edir. Bu sadə içki həm yuxu keyfiyyətini artırır, həm də immuniteti dəstəkləyir.

E-saglam.az ballı südün digər faydalarını sizə təqdim edir:

Yuxunu yaxşılaşdırır:

Balın tərkibindəki təbii şəkərlər və südün isti olması beyində melatonin hormonunun ifrazını artıraraq sakitləşməyə və daha rahat yuxuya getməyə kömək edir.

 Sinir sistemini sakitləşdirir:

Bal və süd birgə qəbul edildikdə əsəb gərginliyini azaldır, gün ərzində toplanan yorğunluq və stressi aradan qaldırır.

 İmmuniteti gücləndirir:

Süd vitamin və minerallarla, bal isə antibakterial xüsusiyyətlərlə zəngindir. Onların sintezi orqanizmin müdafiə qüvvələrini gücləndirir və xəstəliklərdən qoruyur.

 Həzmi yaxşılaşdırır:

Bal mədə-bağırsaq sistemini yumşaldır, süd isə orqanizmə zülal və kalsium verir. Birlikdə isə yüngül həzmə şərait yaradır, mədədə ağırlıq yaratmadan rahat yuxu üçün zəmin hazırlayır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr