AZ

Şamil Ayrım: “Dezinformasiya cəhdləri Azərbaycan–Türkiyə qardaşlığını sarsıda bilməz”

Tanınmış diplomat Şamil Ayrım sosial şəbəkədə Azərbaycan əleyhinə aparılan məqsədli təbliğatla bağlı paylaşım edib.

News365.az xəbər verir ki, o qeyd edib ki, son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatlar “iki dövlət, bir millət” qardaşlığını zədələməyə yönəlib:

“BMT toplantısında Azərbaycan nümayəndə heyətinin İsrailin Baş naziri Netanyahunu alqışladığı iddiası ilə yayılan fotoşəklin saxta olduğu ortaya çıxıb. Netanyahu çıxış edərkən zalda Azərbaycan nümayəndə heyəti ümumiyyətlə iştirak etməyib. Bu isə yayılan təbliğatın yalan və təhrif üzərində qurulduğunu göstərir.”

Şamil Ayrım bildirib ki, Türkiyə Azərbaycan qardaşlığı dərin tarixi bağlar və ortaq dəyərlər üzərində qurulub:

“Bu gün biz yalnız keçmişin həmrəyliyi ilə deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz birgə layihələrlə güclənirik. Dezinformasiya cəhdləri bu qardaşlığı əsla sarsıda bilməz. Biz həqiqəti müdafiə edərək ‘iki dövlət, bir millət’ şüarı ilə çiyin-çiyinə irəliləməyə davam edəcəyik”.

Seçilən
12
news365.az

1Mənbələr