"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Premyer Liqanın 6-cı turunda "Araz-Naxçıvan"la bərabərliklə bitən (1:1) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.
- Oyun barədə nələr deyə bilərsən?
- Birinci hissə yaxşı oynadıq. Qol vurduq, hesabı artırmaq üçün şanslarımız oldu. Ancaq ikinci hissə bəzi dəyişikliklərdən sonra nəzarət daha çox rəqib tərəfində oldu.
- Birinci yarıda aşkar üstün olduğunuz görünürdü. Həmin dəqiqələrdə fərqi artırmaq üçün nə çatmadı?
- Bəzən bəxt, bəzən səhv qərarlar mane oldu. Ancaq onu da deyim ki, heyətimiz kasaddır, zədəli oyunçularımız var. Bütün bunlara rəğmən inkişaf etməyə davam edəcəyik.
- Azərbaycanda ikinci mövsümünü keçirirsən. Premyer Liqada ötən mövsümlə müqayisədə hansı fərqlər var?
- Komandaların mübarizə gücü artıb.
- Uzun müddət dominant tərəf oldunuz. Bu məqamı düşünəndə iki xal itirdiyiniz düşünmək olar?
- Məncə, 1 xal qazandıq. Düzdü, hər oyunda 3 xal üçün meydana çıxırıq. Amma bugünkü rəqib böyük komanda idi. Fərqli hədəfləri var. 3 xal alsaq yaxşı olardı, amma ümumilikdə 1 xal da pis deyil.
- Hakim qərarları kənardan ciddi narazılıqla qarşılandı. Meydanda vəziyyət necə idi?
- Hakimlər haqqında danışmaq istəmirəm.
- Növbəti rəqib "Qəbələ"dir. Oyundan gözləntilərin nədir?
- Bizim üçün çox çətin olacaq. Mənim fikrimcə "Qəbələ" liqada ən yaxşı furbol oynayan komandalardan biridir. Düzdü, nəticələri yaxşı deyil. Amma oynadıqları futbol çox yaxşıdır.
XANOĞLAN İMANOV