AZ

Türkiyədə Azərbaycana qarşı növbəti təxribat – Ankaradan rəsmi açıqlama

Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə–Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar.

“Türkiyə–Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan–Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, – o qeyd edib.

Xatırladaq ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.

Seçilən
21
10
bakuinfo.net

10Mənbələr