AZ

Bu ölkədə ana dilini bilməyənlər cərimələnəcək

Estoniya hökuməti parlamentə həm fiziki, həm də hüquqi şəxslərin eston dilini bilməməsinə görə cərimələri əhəmiyyətli dərəcədə artıran, eləcə də dil imtahanından keçmək üçün tələbləri sərtləşdirən qanunvericiliyə düzəlişlər etmək niyyətindədir.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə ERR dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Estoniya hökuməti yaxın vaxtlarda Dil Aktına düzəlişlər etmək niyyətindədir. Qəbul edildikdən sonra fiziki şəxslər üçün maksimum cərimə 1280 avro, biznes üçün isə 9600 avro olacaq. Hazırda maksimum cərimə 640 avrodur, lakin orta məbləğ daha aşağı – təxminən 100 avrodur. Səlahiyyətlilər, həmçinin iki dəfədən çox imtahan verilərsə, dil imtahanına qəbul üçün 50 avro rüsum tətbiq etməyi planlaşdırır.

“Qanun layihəsinin ən mühüm tərəfi dil tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi, o cümlədən cərimələrin artırılmasıdır. Ümid edirik ki, yüksək cərimələr insanları dili öyrənmək üçün daha çox səy göstərməyə sövq edəcək”, deyə respublikanın Təhsil Nazirliyinin nümayəndəsi Kyatlin Köverik bildirib.

Köverikin sözlərinə görə, “qanun qüvvəyə mindikdən dərhal sonra heç kim böyük cərimə almayacaq”. İlkin olaraq onlar xəbərdarlıq alacaqlar və əgər “fərdi və ya təşkilat altı ay və ya bir il ərzində heç bir tədbir görməsə, o zaman cərimələr tətbiq oluna bilər”.

 

 

Seçilən
10
2
konkret.az

10Mənbələr