AZ

“Qarabağ”ın rəqibinin çempion olacağını düşünür

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının əsas favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Sky Sports”-a danışan veteran futbolçu, yalnız iki komandanın çempionluq potensialına sahib olduğunu bildirib:

“Bu mövsüm Premyer Liqanı yalnız iki komanda qazana bilər – “Liverpul” və “Arsenal”.

“Liverpul” 6 turdan sonra 15 xalla turnir cədvəlinin lideridir. “Arsenal” isə ondan 2 xal geri qalmaqla ikinci pillədə qərarlaşıb.

Arne Slotun rəhbərlik etdiyi “Liverpul” növbəti turda səfərdə “Çelsi” ilə qarşılaşacaq. “Arsenal” isə öz meydanında “Vest Hem”i qəbul edəcək.

Hazırkı ölkə çempionu “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
38
5
sportinfo.az

10Mənbələr