İsrailin kəşfiyyat üstünlüyü çox vaxt texnologiyanın üstünlüyü və internet platformasından istifadə etməsi səbəbindən 90%-ə çatır.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbəvian televiziyaya müsahibəsində deyib:
Onun sözlərinə görə, İranda bütün şəhər kameraları, o cümlədən qovşaqlardakı kameralar İsrailin nəzarəti altındadır.
"Bu kəşfiyyat üstünlüyü 12 günlük müharibə zamanı İran rəsmilərini izləmək, o cümlədən İran Milli Təhlükəsizlik Şurasının iclasının yerini müəyyən etmək üçün istifadə edilib".