AZ

Husilər Minervagracht gəmisinə hücuma görə məsuliyyəti üzərlərinə götürüb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) "Minervagracht" gəmisinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yahya Sariya məlumat yayıb.

Məlumata görə, gəmi qanadlı raketlə hədəf alınıb və birbaşa zərbə nəticəsində gəmidə yanğın başlayıb.

“İndi gəmi batmaq təhlükəsi ilə üz-üzədir”, – Sariya qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
apa.az

2Mənbələr