AZ

Filippində ölənlərin sayı 30-a çatdı - YENİLƏNDİ

Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb, 37 nəfər yaralanıb. Bu barədə SİA "ABS-CBN News"a istinadla xəbər verir. Təcili yardım mərkəzi bildirib ki, meyitlər Sebu əyalətindəki Boqo şəhər xəstəxanasına gəlməkdə davam edir. Hakimiyyət orqanlarının məlumatına görə, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Seçilən
45
sia.az

1Mənbələr