AZ

Daim üşüyürsünüz? - Ciddi xəstəliyin ilk əlaməti ola bilər

Havalar soyuduqca bir çox insan üçün üşümək normal görünə bilər. Amma bədəninizin davamlı olaraq üşüməsi, bəzən sadəcə soyuq havadan deyil, gizli gedən sağlamlıq problemlərindən xəbər verə bilər. 

Hipotireoz (Qalxanabənzər vəzinin zəif işləməsi)

Eczacı Niamh McMillan bildirir ki, davamlı üşümənin ən çox rast gəlinən səbəblərindən biri tiroid vəzinin lazımi qədər hormon istehsal etməməsidir.

Bu vəziyyətdə bədənin maddələr mübadiləsi zəifləyir, bədən temperaturu aşağı düşür və insan özünü daim üşüyən kimi hiss edir.

Əlavə əlamətlər:

Yorğunluq və halsızlıq

Kabızlıq

Əhvalın düşməsi və ya depressiya

Quru dəri, saç tökülməsi

Konsentrasiya çətinliyi və kilo artımı

Əgər bu hallar sizdə müşahidə olunursa, tiroid hormon testindən keçmək vacibdir.

Raynaud xəstəliyi

Raynaud xəstəliyində barmaq və ayaq barmaqlarındakı damarlar soyuqda daralır, qan dövranı zəifləyir. Nəticədə həmin hissələrdə ağarma, göyərmə və keyimə hissi yaranır.

Bu vəziyyət xüsusilə soyuq havalarda özünü göstərir və bəzən gündəlik həyat keyfiyyətini azalda bilər.

Anemiya (Qan azlığı)

Anemiya zamanı bədəndə sağlam qırmızı qan hüceyrələri az olur və bu, toxumalara kifayət qədər oksigen daşınmamasına səbəb olur.

Əlamətlər:

Əllərdə və ayaqlarda soyuqluq

Başgicəllənmə və halsızlıq

Solğun dəri

Nəfəs darlığı

Ən çox rast gəlinən forması dəmir çatışmazlığı anemiyasıdır.

Tip 2 Diabet

Şəkərli diabet zamanı sinir zədələnməsi və qan dövranı pozğunluqları səbəbindən ətraflarda (əl-ayaqlarda) soyuqluq və keyimə hissi yarana bilər.

Digər əlamətlər:

Artan susuzluq hissi

Tez-tez sidiyə getmək

Arıqlama və yorğunluq

Nə etməli?

Əgər bu əlamətlər sizdə varsa və ya özünüzdə səbəbsiz üşümə hiss edirsinizsə, özbaşına diaqnoz qoymayın - bir həkimə müraciət edin. Bu, ciddi xəstəliklərin ilk siqnalı ola bilər və vaxtında müayinə çox vacibdir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
27
1
milli.az

2Mənbələr