AZ

"CimBom" öz meydanında "Liverpul"u məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura start verilib.

Far.Az xəbər verir ki, ilk olaraq doqquz oyun keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib. Matçın 16-cı dəqiqəsində Viktor Osimhen penalti zərbəsini dəqiq yerinə yetirib. Tərəflərin fərqlənmək üçün şansları olsa da, bundan yaralana bilməyiblər. Oyun "CimBom" qələbəsi ilə başa çatıb.

Qazaxıstan təmsilçisi "Kayrat" isə "Real" qarşısında aciz qalıb. Belə ki, İspaniya klubu 5 cavabsız qol vurub. İspaniyanın digər klubu "Atletiko" da "Ayntraxt"a eyni sayda qol vurub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

"Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) 0:5

"Atalanta" (İtaliya) - "Brügge" (Belçika) 2:1

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

"Atletiko" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 5:1

"Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) 2:2

"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) 1:0

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 3:0

"Marsel" (Fransa) - "Ayaks" (Niderland) 4:0

"Pafos" (Kipr) - "Bavariya" (Almaniya) 1:5

Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün baş tutacaq.

Seçilən
58
29
far.az

10Mənbələr