Milli Məclisin önündə avtomobil YANDI
Bakıda Milli Məclisin qarşısında avtomobil yanıb.
Demokrat.az xəbər verir ki, hadisə Parlament prospektində baş verib.
Yanğın FHN-nin yanğınsöndürmə briqadalarının müdaxiləsi nəticəsində söndürülüb. Lakin maşın tam yararsız vəziyyətə düşüb.