Kofe sağlamlıq üçün faydalı ola bilər, amma insan onu həddindən artıq qəbul etməməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt Mariya Tolstova gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, orta miqdarda kofe istifadəsi ürək-damar çatışmazlığı, ürəyin işemik xəstəliyi və qıcolma tipli aritmiyanın riskini azaldır. Həkim vurğulayıb ki, insan sağlamlığına zərər vermədən gündə 3–4 fincan dənəvər kofe içə bilər.
Tolstova xəbərdarlıq edib ki, daha çox kofe qəbul edilməsi arterial təzyiqin yüksəlməsinə və ürək döyüntülərinin artmasına səbəb ola bilər. Hipertoniyası və aritmiyası olan şəxslərdə isə bu, mövcud ürək-damar xəstəliklərini daha da ağırlaşdıra bilər.
Mütəxəssis əlavə edib ki, infarkt və ya insultdan sonra bərpa dövründə kofe istifadəsi qətiyyən yolverilməzdir.
Aytəkin TOFİQQIZI