Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;
9. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
10. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;
11. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;
12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.