Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
***
08.47
Bakıda “KİA” markalı minik avtomobili yanıb.
APA xəbər verir ki, hadisə Parlament prospektində baş verib.
Yanğın nəticəsində maşın tam yararsız vəziyyətə düşüb.
Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.