Demokrat.az Xəzər TV-yə istinadla xəbər verir ki, şəhər mərkəzində yerləşən müəyyən dövlət və özəl məktəblər bu layihəyə cəlb olunub.
Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçisi Orxan Abbasov bildirib ki, proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, artıq 1 200-dən çox şagird bu xidmətə qoşulub:
"Artıq 1 200-dən çox şagird istifadəçimiz var. Layihə bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən digər məktəblərdə də istifadəyə veriləcək. Valideynlər mobil tətbiqi yükləyərək uşaqlarını əlavə edə, məktəblərini seçə və xidmətin qiymətləri ilə tanış ola bilərlər. Qiymətlər 100 manatdan başlayır. Qazi və şəhid ailələri üçün xüsusi endirimlər mövcuddur".
Valideynlər yeniliyə münasibət bildirərək, təşəbbüsün həm övladları, həm də özləri üçün daha təhlükəsiz və rahat olacağını vurğulayıblar.
İlkin mərhələdə layihə 8 dövlət və 3 özəl məktəbdə icra olunacaq. Xidmət 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlər üçün əlçatandır. Qiymətlər məsafə, uşaq sayı və gedişin tək və ya ikitərəfli olmasına görə dəyişir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
10Mənbələr
-
news24.azMəktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO ( 21913900)
-
turkustan.azMəktəbli avtobusundan istifadənin qiyməti bəlli oldu - VİDEO ( 21925810)
-
cebheinfo.azMəktəbli avtobusundan istifadənin qiyməti bəlli oldu - VİDEO ( 21921595)
-
day.azMəktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - DETALLAR - VİDEO ( 21917908)
-
demokrat.azMəktəbli avtobusundan istifadənin qiyməti AÇIQLANDI — VİDEO ( 21917104)
-
far.azBu gündən məktəbli avtobusları fəaliyyətə başlayır - QİYMƏT AÇIQLANDI ( 21916345)
-
moderator.azMəktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO ( 21916030)
-
baku.wsBu gündən məktəbli avtobusları fəaliyyətə başlayır QİYMƏT AÇIQLANDI ( 21916015)
-
publika.azMəktəbli avtobusundan istifadənin QİYMƏTİ AÇIQIANDI ( 21914737)
-
musavat.comMəktəbli avtobusundan istifadənin qiyməti açıqlandı - VİDEO ( 21914602)