AZ

Paşinyan qəzəbləndi: Onları çəkiclə əzin

BAKI, 1 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ona tabe olmayanlarla bağlı hüquq-mühafizə orqanlarına yeni əmr verib.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Paşinyan hüquq-mühafizə orqanlarına yeni tapşırıq verib: ona tabe olmayanlar divara hörülməlidir - ayrı-seçkilik etmədən, bir-bir”, - mənbə bildirib.

Nəşr Ermənistan Baş nazirindən sitat da gətirib: “Dördüncü Respublikanın çəkicinin zərbələri dəridə hiss olunmalıdır”.

“İravunk” artıq hüquq-mühafizə orqanlarının Nikol Paşinyanın bu əmrinə uyğun olaraq hərəkətə keçdiyini yazıb.

Seçilən
12
3
teleqraf.com

4Mənbələr