AZ

Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı - Açıqlama

Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib.

 News24.az xəbər verir ki, baş prokuror bildirib ki, hazırda sözügedən iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

“Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndiki dövrdə nə isə demək düzgün deyil”, - K.Əliyev qeyd edib.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo.az) 


Seçilən
44
24
news24.az

10Mənbələr