AZ

Filippində 6,9 bal gücündə zəlzələ - Ölənlər var

Filippində 6,9 bal gücündə zəlzələ olub.

Hurriyyet.az xəbər verir ki, San-Remihio bələdiyyəsində idman-istirahət kompleksi çöküb, bir çox insan dağıntılar altında qalıb.

Azı 26 nəfərin öldüyü bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına görə, zəlzələ tektonik mənşəlidir və onun episentri Sebu əyalətinin Boqo şəhərindən 20 km şimal-şərqdə, 5 km dərinlikdə yerləşib.

Seçilən
41
hurriyyet.az

1Mənbələr