AZ

Metro və avtobuslarda YENİ QİYMƏT

Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub.

Tribunainfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasına istinadən xəbər verir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.

Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Ölkə ərazisində tarif dəyişikliyi ilkin mərhələdə tətbiq olunan marşrutların
S İ Y A H I S I
Marşrut nömrəsiBaşlanğıc dayanacaq məntəqəsi (A)Son dayanacaq məntəqəsi (B)Yeni tarif (qəpik)
Bakı şəhəri üzrə:
1“28 May” m/st (A.Puşkin küç.)“Neftçilər” m/st (Q.Qarayev pr.)60
2Bakı Beynəlxalq Avtovağzal Kompleksi“Dərnəgül” m/st (Dərnəgül küç.)60
3“Dərnəgül” m/st (Dərnəgül küç.)Badamdar qəs.60
4Bakı Ağ şəhər yaş.sah.Montin yaş. mas. (İ.Hidayətzadə küç.)60
5“N.Nərimanov” m/st (Təbriz küç.)“20-ci Sahə” dairəsi60
6“Azadlıq pr.” m/st (S.S.Axundov küç.)20-ci Sahə yaş.mas. (F.Ö.Nemanzadə küç.)60
10Bakı Ağ şəhər yaş.sah.Yasamal yaşayış kompleksi (MİDA)60
11Dəmiryol vağzalı (S.Rəhimov küç.)İbrahim Əbilov küç.60
13“Koroğlu” NMMBakı Beynəlxalq Avtovağzal Kompleksi60
14“28 May” m/st (A.Puşkin küç.)Bakı Beynəlxalq Avtovağzal Kompleksi60
1711 saylı məktəb (Z.Nudirəliyev küç.)Yeni Yasamal yaş.massivi, (M.Xiyabani küç., Park.)60
18Nizami bağı (Ə.Cavad küç.)9-cu mikrorayon (H.Babaşov küç)60
20Qaraçuxur qəsəbəsiTibb universiteti60
21“28 May” m/st (A.Puşkin küç.)“Əhmədli” m/st (M.Hadi küç.)60
2411 saylı məktəb (Z.Nudirəliyev küç.)Qaraçuxur qəs. (Neftçilər parkı)60
30Puşkin küç. (28 May m.st)C.Naxçıvanski küç.60
32“28 May” m/st (A.Puşkin küç.)Cəmşid Naxçıvanski küç.60
3328 Mall ticarət mərkəzi“Dərnəgül” m/st (Dərnəgül küç.)60
35Suraxanı rayonu (mərkəz)Ramiz Quliyev küçəsi60
38Tibb Universiteti (S.Vurğun küç. )Keşlə qəs. (M.Ə.Sabir küç)60
40Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)Günəşli qəs. (İ.İsmayılov küç.)60
44Murtuza Muxtarov adına parkNeftçilər m/st60
46“28 May” m/st (A.Puşkin küç.)Günəşli qəs. (Əliağa Şıxlinski küç.)60
57Bakıxanov qəs. (Y.Əliyev küç.)C.Hacıəliyev küç. (zavod)60
61Azadlıq pr.9-cu mkr (M.Cəlal küç.)60
60“Koroğlu” NMMPolad Həşimov k.60
62Sabunçu qəs.,Sabunçu d/st (Ə.Məmmədəliyev küç.)N.Tusi küç.60
65Azneft dairəsi (Niyazi küç.)9-cu mkr (M.Cəlal küç.)60
72Köhnə Günəşli qəs.Sədərək t/m60
81Köhnə Günəşli qəs. (Əliağa Şıxlinski küç.)Qaraçuxur qəs. (Y.Eyvazov küç.)60
88“Dərnəgül” m/st (Dərnəgül küç.)“20-ci Sahə” dairəsi60
104“H.Aslanov” m/st (M.Hadi küç.)Yeni Suraxanı qəs. (Zeytunluq adlanan ərazi,14 İyul küç.)60
105Balaxanı qəs.C.Naxçıvanski küç.60
120Hövsan yaş.komp.“28 May” m/st (A.Puşkin küç.)70
125“28 May” m/st (A.Puşkin küç.)Lökbatan qəs. (Nizami küç.)70
130“20 Yanvar” m/st (Moskva pr.)Lökbatan qəs.65
133Binəqədi qəs.(A.İsfəhani küç)“Gənclik” m/st (F.X.Xoyski küç.)60
139“Koroğlu” NMMSavalan yaş. mas. (28 №-li məktəb)65
140Şüvəlan qəs. (Dəniz Kənarı küçə)“Koroğlu” NMM70
147Məmmədli qəs.“Azadlıq pr.” m/st (S.S.Axundov küç.)60
149“Sahil” m/st (Z.Əliyeva küç.)Sahil qəs.80
150Bilgəh q.“Koroğlu” NMM80
150E“Koroğlu” NMMSea Breeze yaşayış kompleksi90
163“Koroğlu” NMMRamana Yeni yaşayış kompleksi65
165Mehdiabad qəs., Qarant yaş.,kom.A.M.Şərifzadə küç.60
172“Koroğlu” NMMBilgəh qəs.65
189“Koroğlu” NMMNardaran qəs., Məscid (M.F.Axundov küç.)65
205“Nəsimi” m/stAbşeron ticarət mərkəzi60
21111 saylı məktəb (Z.Nudirəliyev küç.)Abşeron ticarət mərkəzi65
217Məmmədli kəndi“Koroğlu” NMM65
108A“Azadlıq pr.” m/st (S.S.Axundov küç.)Fatmayı bağları65
120EHövsan qəs.“28 May” m/st90
121EHövsan qəs. (Hövsan yaş,komp. MİDA)“Əhmədli” m/st (M.Hadi küç.)80
140EMərdəkan qəs.“Koroğlu” NMM90
141E“Koroğlu” NMMXaşaxuna bağları70
7ABakı Beynəlxalq Avtovağzal KompleksiGəncə pr.60
7B“Koroğlu” NMMYasamal yaşayış kompleksi (MİDA)60
88AAzadlıq prospekti m/stBakı Ağ Şəhər60
E1Xalqlar Dostluğu m/stAbşeron ticarət mərkəzi80
M8“Gənclik” m/st (Ə.Ağaoğlu küç.)Maştağa qəs. (Abşeron küç,)65
Bakı-Sumqayıt və Bakı-Abşeron marşrutları üzrə:
157Bakı Beynəlxalq Avtovağzal KompleksiSulutəpə qəs.60
158Xocəsən qəsəbəsiMemar Əcəmi m.st.60
503Sumqayıt şəhəriBakı Beynəlxalq Avtovağzal Kompleksi80
50820 Yanvar m/stSaray qəs.65
Gəncə şəhəri üzrə:
1Gəncə Dəmiryol vağzalıYeni Gəncə (28 May pr.)60
2Heydər Əliyev pr.-Şah İsmayıl Xətai pr.-Dədə Qorqud küç.60
3Yeni Gəncə (28 May pr.)Cümhuriyyət pr.60
4İmamzadə türbəsiCümhuriyyət pr.60
5Yusif Məmmədəliyev küç.Vidadi Qocayev küç.60
6Şıxzamanlı qəs.Şıxzamanlı qəs.60
7Poçt qəs.Şəhidlər Xiyabanı (R20 Gəncə-Daşkəsən avt. yolu.)60
8Zaur İsmayılov küç.Dəmiryol deposu (Zaur İsmayılov küç.60
9Təbriz küç.Kəlbəcər qaçqın şəhərciyi60
10Poçt qəs.Poçt qəs.60
11Məhsəti qəs.(H.Verdiyev küç.)Kəlbəcər qaçqın şəhərciyi60
12Gəncə Dəmiryol vağzalı.1 nömrəli şəhər xəstəxanası60
13Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində)Gəncə Avtovağzalı (Yevlax istiqamətində)60
14Qızılqaya qəs. (Aydın Nəbiyev küç.)N.Nərimanov küç. (Parkın ətrafı)60
15Mərkəzi Klinika Gəncə XəstəxanasıGəncə Avtovağzalı (Yevlax istiqamətində)60
16Məhsəti qəs. (Ələkbər bəy Xasməmmədov küç.)Gəncə Avtovağzalı (Yevlax istiqamətində)60
17Mərkəzi Klinika Gəncə Xəstəxanasıİ.Kazımov küç. (Çəngəl-Bıçaq zavodu)60
18N.Nərimanov küç. (Parkın ətrafı)Cavadxan qəs. (Kərim bəy Mehmandarov küç.)60
19Vidadi Qocayev küç.Vidadi Qocayev küç. – Grand bazar60
20Ə.Xəqani küç. (Hərbi hissə)N.Nərimanov küç. (Parkın ətrafı)60
G1Göygöl şəhər Mərkəzi XəstəxanasıN.Nərimanov küç. (Parkın ətrafı)60
G2Göygöl AvtostansiyasıN.Nərimanov küç. (Parkın ətrafı)60
Seçilən
34
20
tribunainfo.az

10Mənbələr