
Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
Reyting.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:
"Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa bu barədə əlavə məlumat verəcəyik".
Xatırladaq ki, 23 oktyabr 2019 – 14 fevral 2022 aralığında AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.