Çempionlar Liqasının Liqa mərhələsində II tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın oyunundan başqa daha 8 qarşılaşma keçiriləcək.
Günün matçı Barselonada baş tutacaq. "Barselona" PSJ-ni qəbul edəcək.
Ötən mövsümün ən yaxşı komandalarında ikisi "Yohan Kroyff Arena"da üz-üzə gələcək.
"Arsenal" "Olimpiakos"u qonaq edəcək. "Yuventus" isə İspaniya səfərinə yollanıb. Rəqib "Vilyarreal" olacaq.
Çempionlar Liqası, Liqa mərhələsi II tur
1 oktyabr (çərşənbə)
20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)
20:45. "Union" (Belçika) - "Nyukasl" (İngiltərə)
23:00. "Bayer" (Almaniya) - PSV (Niderland)
23:00. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
23:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa)
23:00. "Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletik" (Bilbao, İspaniya)
23:00. "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)