AZ

Alman ordusunun təyyarəsi atəşə tutulub

Alman

Almaniyada naməlum şəxslər “C-130” hərbi-nəqliyyat təyyarəsini pirotexniki vasitələrdən atəşə tutublar. Bundesver təyyarəsi həmin vaxt Celle aerodromundan havaya qalxırmış.

Reyting.az
“Spiegel” nəşrinə istinadla bildirir ki, hadisə ötən cümə günü, günorta saatlarında Aşağı Saksoniyada baş verib.

Xoşbəxtlikdən hərbi nəqliyyat təyyarəsi vurulmayıb. Pilotlar hadisə barədə dərhal idarəetmə qülləsinə məlumat veriblər.

Həm polis, həm də federal silahlı qüvvələr hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

“Federal Silahlı Qüvvələr bəyan edib ki, hərbi təyyarələrə nadir hallarda atəş açılır, lakin pilotların lazer göstəriciləri ilə korlanması halları daim olur. Görünür, pirotexniki vasitələr işıq yanıb-sönməsi və sonrakı partlayışdan ibarət yeni il atəşfəşanlığı olub”, - məlumatda deyilir.

Qeyd edilir ki, hadisə gün ərzində baş verdiyi üçün bunun qəsdən törədilməsi ehtimalı da istisna olunmur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hava hərəkətinə təhlükəli müdaxilə ilə bağlı cinayət işi açıb. Aviasiya bazasının ətrafı təlim keçmiş iyləyici itin köməyi ilə yoxlanılıb. Lakin indiyədək istintaqa kömək edəcək heç nə tapılmayıb.

V. QULİYEV
Seçilən
22
reyting.az

1Mənbələr