AZ

İsrail ordusu Qəzzanın şimalına keçidi bağlayır

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Qəzza sakinlərinin şəhərin şimalına keçməsi üçün açıq qalan sonuncu yol bağlanacaq.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai məlumat yayıb.

“Əl-Rəşid küçəsi saat 12:00-da (Bakı vaxtı ilə 13:00) cənub sektorundan şimala hərəkət üçün bağlanacaq.

Qəzza şəhərini tərk etməyə imkan tapmamış şəxslər üçün cənuba hərəkətə icazə veriləcək. Hazırda İsrail ordusu cənuba sərbəst və yoxlanışsız keçidə icazə verir”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
3
axar.az

5Mənbələr