AZ

Premyer Liqa komandasını yerli məşqçi çalışdırmayacaq?

Böyük ehtimalla, «Kəpəz»in yeni baş məşqçisi əcnəbi olacaq.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik yerli namizədləri artıq arxa plana atıb. Yatıb qalxıb anidən bu qərara gəlməyiblər.

Danışıqlar aparılan mütəxəssislərin irəli sürdüyü şərtlər onlara ağır gəlməsə də, maraqlıdır ki, təklif alanların heç biri komandanı Premyer Liqada saxlayacağına söz verməyib.

Bu üzdən xarici çalışdırıcı ilə anlaşmaq fikri gündəmə gəlib. Son günlərə kimi bir neçə məşqçi ilə danışıqlar aparılıb.

Bura Türkiyə, Portuqaliya, İspaniya, Serbiya, Gürcüstan və Rumıniyadan olanlar daxildir. Yekun qərar ya bu gün, ya da sabah veriləcək.

Gəncə təmsilçisi çempionatın gerid qalan altı turunda məğlubiyyətlə üzləşib. Yarışın xal qazanmayan yeganə iştirakçısı hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Adil Şükürov «Qəbələ»yə 0:3 hesablı yenilgidən sonra istefaya gedib. İyunda 2+1 illik müqaviləyə imza atmış mütəxəssislə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr