AZ

III MDB Oyunlarının gümüş mükafatçısı: Qızıl medal çox yaxın idi

BAKI, 1 oktyabr. TEIEQRAF

"Qızıl medal da çox yaxın idi. İnanıram ki, gələcək yarışlarda bu nəticəni də əldə edəcəyəm".

Teleqraf xəbər verir ki,Azərbaycanı III MDB Oyunlarında təmsil edən dairəvi stend atıcısı Cavid Həsənov gümüş medal qazanması barədə danışarkın deyib.

Təcrübəli idmançı turnirdə çıxışı barədə təəssüratlarını bölüşüb:
“Hər bir idmançı kimi, mənim üçün də bu yarışda mübarizə aparmaq böyük bir qürur idi. Final mərhələsinə yüksəldim və gümüş medal əldə etdim".
Yarışın təşkilatçılığına da toxunan idmançı, tədbirin yüksək səviyyədə keçdiyini və azarkeşlərin dəstəyinin ona əlavə motivasiya verdiyini vurğulayıb:
“Təşkilatçılıq çox yüksək səviyyədə idi. Azarkeşlər bizə böyük dəstək göstərdilər və bu da mənə əlavə stimul verdi. Yarışda əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Final mərhələsinin dinamik və maraqlı keçdiyini bildirən Cavid Həsənov rəqiblərin güclü olduğunu da xüsusi qeyd edib:
“Rəqiblər layiqincə mübarizə apardılar. Onların heç biri zəif deyildi, buna görə də final olduqca maraqlı keçdi.”

Seçilən
15
6
teleqraf.com

7Mənbələr