AZ

Tramp ABŞ-ın taxta-şalban məhsullarına kəskin rüsum tətbiq etdi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın taxta-şalban və bəzi ağac məhsullarına kəskin rüsum tətbiq etməsi barədə göstəriş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Ağ Ev bildirib. Tarif taxta-şalban üçün 10 faiz, bəzi ağac məhsulları, məsələn, mebel üçün 25 faiz olacaq.

Qərar oktyabrın 14-dən həyata keçiriləcək.2026-cı il yanvarın 1-dən qeyd olunan məhsullar üzrə gömrük rüsumlarının dərəcələri artırıla bilər. Qeyd edək ki, avqustun sonunda Ağ Ev ABŞ administrasiyasının ABŞ-ın digər ölkələrdən mebel idxalı ilə bağlı araşdırma apardığını açıqlamışdı. ABŞ mebellərinin ən böyük idxalçıları Vyetnam, Kanada, Çin və Meksikadır.

Seçilən
40
veteninfo.az

1Mənbələr