AZ

Laçında işəgötürənlərlə görüş keçirilib

Bakı. Trend:

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur RegionalMəşğulluq filialının birgə təşkilatçılığı ilə Laçındaişəgötürənlərlə görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Laçın rayonunda Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət MəşğulluqAgentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə vəHasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərənişəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluqimkanlarının artırılması, sahibkarlarla əməkdaşlığıngücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərləəməkdaşlıq şəraitində əhalinin məşğulluq təminatı üçün aparılanişlərdən bəhs olunub. Dövlət Məşğulluq Agentliyinin fəaliyyətsahələri, məşğulluq proqramları və sahibkarlara təqdim olunandəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əməkbazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlbedilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarınınqurulması da əsas tədbirlərdəndir.

Görüşdə işəgötürənlərin sualları cavablandırılıb, görüləcəkbirgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləridinlənilib.

Məqalədə:
Seçilən
23
8
az.trend.az

9Mənbələr