AZ

III MDB oyunları: Kür çayında DİN-in katerləri fasiləsiz xidmət aparır - FOTO + VİDEO

III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.

İdman.biz xəbər verir ki, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.

Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

İdman.biz

Seçilən
28
17
idman.biz

10Mənbələr