AZ

Tramp: Mən Nobel almasam, ABŞ üçün böyük təhqir olar

Donald Tramp bildirib ki, diplomatik fəaliyyətinə görə Nobel Sülh Mükafatını almasa, ABŞ üçün böyük təhqir olar...

Poliqon xəbər verir ki, Amerika prezidenti bunu Virciniya ştatının Quantico şəhərində yüksək rütbəli hərbçilərdən ibarət qrup qarşısında çıxışı zamanı deyib.

"Mən yeddi münaqişənin sona çatmasına kömək etdim və Qəzza planı işləsə, bu say səkkiz olacaq. Səkkiz ayda səkkiz münaqişə - bunu heç kim etməyib", deyə Tramp vurğulayıb.

O, Nobel Komitəsinin işinə də şübhə ilə yanaşdığını bildirib:

"Sən Nobel mükafatı alacaqsan? Qətiyyən yox. Onu heç nə etməyən hansısa oğlana verəcəklər. Bəlkə də Donald Tramp haqqında kitab yazan yazıçıya veriləcək".

Tramp İsrail və HƏMAS arasındakı münaqişənin həlli üçün 20 bəndlik plan təqdim edib. Sənədi artıq İsrailin baş naziri Binyamin Netanyahu dəstəkləyib, baxmayaraq ki, o, təşkilat şərtlərdən imtina edəcəyi təqdirdə HƏMAS-ı tamamilə məhv edəcəyini bildirib.

Plan Qətər və Misir tərəfindən baxılmaq üçün HƏMAS-a təqdim edilib. Onun həyata keçirilməsində Pakistan, İndoneziya, Misir, İordaniya, BƏƏ, Türkiyə, Səudiyyə ƏrəbistanıQətər iştirak edəcək. İdeyalar arasında Qəzzanı idarə etmək və yenidən qurmaq üçün Trampın özünün rəhbərlik etdiyi beynəlxalq "sülh şurası"nın yaradılması da var.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr