AZ

“Qarabağ-Kopenhagen” oyunundan əvvəl fan zona təşkil olunacaq

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ”- “Kopenhagen”lə qarşıya-qarşıya gələcək.

Publika.az xəbər verir ki, yarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.

Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozona yaradılacaq və qonaqlara çay təqdim ediləcək.

Seçilən
20
28
publika.az

10Mənbələr