AZ

Rusiya ABŞ danışıqları: Kremlin ümidləri, Vaşinqtonun Çin planı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya və ABŞ bu payız üçüncü danışıqlar raundunu keçirməyə razılaşıb. Görüşdə vizalar, səfirliklərin fəaliyyəti və müsadirə edilmiş diplomatik əmlak kimi məsələlər müzakirə olunacaq.

Üçüncü danışıqlar mərhələsi Rusiya-ABŞ münasibətlərində real yumşalmaya səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, planlaşdırılan görüş ikitərəfli münasibətlərdə müəyyən yumşalma ümidləri yaratsa da, real nəticələrə gətirib çıxarıb-çıxarmayacağı çox sayda amildən asılıdır:

“Vizalar, səfirliklərin fəaliyyəti, müsadirə edilmiş diplomatik əmlak kimi mövzular əsasən texniki və institusional məsələlərdir. Bu sahədə razılıq əldə olunarsa, tərəflər arasında uzun müddətdir davam edən etimadsızlıq müəyyən dərəcədə aradan qalxa bilər. Bununla belə, əsas strateji ixtilafların – Ukrayna böhranı, NATO-nun genişlənməsi, enerji təhlükəsizliyi və qlobal nüfuz mübarizəsi – hələ də açıq qalması, bu raunddan sonra tam miqyaslı normallaşmanın gözlənilməsini məhdudlaşdırır. Regional və qlobal baxımdan isə danışıqların uğuru hər iki tərəfin beynəlxalq mövqelərinə təsir edə bilər. Əgər konsensus əldə olunarsa, Avropa üçün enerji, təhlükəsizlik məsələlərində gərginliyin azalması, Yaxın Şərq və Asiya bölgələrində isə geosiyasi risklərin qismən yumşalması mümkün ola bilər”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, ABŞ tərəfi üçün diplomatik münasibətlərin bərpası həm də Çinə qarşı rəqabətdə əlavə manevr imkanları yarada bilər:

“Rusiya bu cür prosesdən sanksiyaların yüngülləşdirilməsi və beynəlxalq izoliyasiyanın qismən zəifləməsi fonunda fayda götürə bilər. Bununla belə, tərəflər arasında strateji etimadın zəif olması və rəqib maraqların davam etməsi səbəbindən bu görüş daha çox “qarşılıqlı etimadın sınağı” xarakteri daşıyır. Yəni əsas təsirlər texniki sahələrdə hiss ediləcək, qlobal balansda isə yalnız qismən gərginliyin azaldılmasına xidmət edə bilər”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr