AZ

Avropa Kuboku: "Abşeron Lions"un Kipr sınağı

Bu gün Azərbaycan təmsilçisi "Abşeron Lions" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində cavab matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Kiprdə yerli "Anortosis" ilə qarşılaşacaq.

Bu cütün qalibi H qrupunda mübarizəni davam etdirərək "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bearz" (Danimarka) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa Kubokunun qrup mərhələsi oktyabrın 15-də start götürəcək.

Avropa Kuboku, təsnifat mərhələsi
20.00. "Anortosis" (Kipr) - "Abşeron Lions" (Azərbaycan)
İlk oyun - 73:89

Nihat

Seçilən
74
1
fanat.az

2Mənbələr