AZ

Xalq artistinin son durumu açıqlandı – Sabah evə buraxılacaq

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən məşhur tarzən, Xalq artisti Ramiz Quliyev sabah evə buraxılacaq.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin müdiri Tural Sadıqov bildirib.

“Ramiz Quliyevin ümumi vəziyyəti ağır, lakin stabil olaraq qalır. Hemodinamik göstəriciləri stabildir, diurez adekvatdır. İnfeksion göstəricilərində müsbət dinamika müşahidə olunur, yaxşılaşma qeydə alınıb. Xəstə yuxuya meyillidir. Əgər müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

Seçilən
0
22
konkret.az

10Mənbələr