AZ

Gürcüstan prezidenti: Rusiya ilə müharibə ölkə üçün fəlakətlə nəticələnərdi

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Qərbin Gürcüstanı Rusiyaya qarşı müharibəyə çağırmasının ölkənin həyati milli maraqları ilə zidd olduğunu və bunun 2008-ci ildəki kimi katastrofik nəticələrə gətirib çıxaracağını bildirib.

Musavat.com xəbər verir ki, Kavelaşvili "Responsible Statecraft" adlı ABŞ mediasına verdiyi müsahibədə, "Qərb bizdən Rusiyaya qarşı müharibə tələb edirdi, amma bu bizim həyatımız üçün vacib olan milli maraqlarımıza zidd idi.

Bu, 2008-ci ildə olduğu kimi, o dövrün hökumətinin NATO-ya güvənərək atdığı səhv addımlarla nəticələnərdi, nəticədə Gürcüstan fəlakətə uğrayardı," - deyə vurğulayıb.

Musavat.com

Seçilən
15
1
musavat.com

7Mənbələr