AZ

“Qarabağ”ın gəncləri “Kopenhagen”lə qarşılaşır - CANLI YAYIM

Bu gün Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin 2-ci tur qarşılaşmaları keçirilir.

Sportinfo.az xəbər verir ki, yarışda təmsilçimiz “Qarabağ”ın U-19 komandası Bakıda meydana çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək.

Suraxanıda yerləşən “Azərsun Arena”da keçiriləcək matç saat 14:00-da başlayacaq.

"Qarabağ"ın U-19 kollektivi ilk turda səfərdə "Benfika" ilə üz-üzə gəlib. Bu görüşdə Portuqaliya klubu 7:1 hesablı qələbə qazanıb.

Həmin turda "Kopenhagen" evdə Almaniya "Bayer"inə 0:2 hesabı ilə uduzub.

Bu klubların əsas komandaları arasındakı görüş də bu gün baş tutacaq və 20:45-də başlayacaq.

Seçilən
20
sportinfo.az

1Mənbələr