AZ

Yapon alimləri dişlərin yenidən çıxmasını mümkün edəcək inqilabi dərman kəşf etdilər

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

 Yaponiyada alimlər artıq elm-fantastika kimi görünən bir ideyanı gerçəyə çevirmək üzrədirlər – insanların öz təbii dişlərini yenidən çıxarmasına imkan verəcək dərmanın klinik sınaqları başlayıb.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında start verilən sınaqlar dişlərin inkişafını ləngidən USAG-1 adlı proteini bloklayan preparat əsasında aparılır. Əvvəlcə diş sistemi insana çox bənzəyən xoryaklarda sınanan dərman uğurlu nəticə verib. İndi isə ilk dəfə olaraq 2–7 yaş arası, anadangəlmə dörd və ya daha çox dişi olmayan uşaqlarda yoxlanılır.

Əgər testlər müsbət nəticə verərsə, 2030-cu ildən etibarən bu dərman həm anadangəlmə dişsizlik, həm də sonradan diş itkisinin qarşısının alınması üçün istifadəyə veriləcək.

 Bu, stomatologiyada əsl inqilab sayıla bilər – çünki beləliklə, protez və implantların dövrü başa çata, insanlar təbii dişlərini yenidən yetişdirmə imkanına qovuşa bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
moderator.az

4Mənbələr