AZ

Simonyandan 44 günlük müharibə AÇIQLAMASI

Ermənistan parlamentinin sədri Alen Simonyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın məruzəsinin yerli parlamentin plenar iclasına çıxarılması üçün hüquqi əsas görmədiyini söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.

Simonyanın sözlərinə görə, o, bu məsələ ilə bağlı Dövlət-hüquq məsələləri üzrə komissiyadan, parlamentin hüquq idarəsindən və katibliyindən rəy soruşub, bütün rəylər eyni olub – məruzənin plenar iclasa təqdim edilməsi üçün nəzərdə tutulan müddətlər keçib.

Jurnalistlərin “Ararat Mirzoyanın spikerliyi dövründə oxşar vəziyyətdə məsələ plenar iclasa çıxarılmışdı” xatırlatmasına cavabında Simonyan deyib ki, Mirzoyanın nə etdiyindən xəbərsizdir, çünki parlament presedent hüququ əsasında fəaliyyət göstərmir:

“Təkrar edirəm, parlamentin reqlamenti var və onun təfsiri Dövlət-hüquq məsələləri üzrə komissiyaya məxsusdur. Hüquq idarəsinin və katiblik rəhbərinin də rəyləri eynidir. Andranik Koçaryan istədiyi kimi təfsir edə bilər, amma mən presedentlərlə rəhbərlik etməyəcəyəm”.

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr