AZ

İki vəkilin fəaliyyəti dayandırılıb: Məhkəməyə müraciət olunub

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.

Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

"Cebheinfo.az" 

Seçilən
23
5
cebheinfo.az

10Mənbələr