AZ

AMB İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb

Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.

AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.

Qeyd edilib ki, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.

Seçilən
24
19
kommersant.az

10Mənbələr