AZ

Bakıda “Mamalıq, Ginekologiya və Perinatologiyada Mübahisəli Məsələlər” Beynəlxalq Elmi Konfransı keçirilib

Bakıda “Mamalıq, Ginekologiya və Perinatologiyada Mübahisəli Məsələlər” Beynəlxalq Elmi Konfransı keçirilib.

E-saglam.az xəbər verir ki, 28-30 sentyabr tarixlərində Bakıda, Badamdar oteldə Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi, Avropa-Asiya Mamaginekoloqlar Dərnəyi və "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək" Assosiasiyasının birgə təşkilatçılığı, Konora Events şirkətinin təşkilati dəstəyi ilə “Mamalıq, Ginekologiya və Perinatologiyada Mübahisəli Məsələlər” Beynəlxalq Konfransı baş tutub.

Tədbir çərçivəsində konfrans sonrası “Neonatal təxirəsalınmaz yardım kursu” və “Mamalıq qanaxmalarına müasir yanaşma” kursları da keçirilib.

Konfransın əsas məqsədi ginekologiya və perinatologiyanın aktual mövzularını əhatə edən debat tipli müzakirələr aparmaq və hədəflənmiş məqsədlərə çatmaq olub. Bunun üçün 8 panel və 38 məruzədən ibarət zəngin elmi proqram hazırlanıb.

Elmi tədbir Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib.

Konfransda nüfuzlu yerli və xarici mütəxəssislərin iştirakı ilə eyni problemlərə müxtəlif elmi məktəblərin baxışı müzakirə olunub. Belə bir tədbirin keçirilməsi tibb işçilərinin peşəkar səviyyəsinin artırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr