Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci yeri tutub.
Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb.
Digər Azərbaycanlı idmançı, Mürtəza Novruzlu, da gümüş medala sahib çıxıb. Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).
III MDB Oyunları: 7 idman növü üzrə yarışlar keçiriləcək
İdmançımız MDB Oyunlarında tarixi qələbə qazanıb
III MDB Oyunları: Üzgüçülərimiz daha bir medal qazanıblar - FOTO
MDB Oyunlarında daha bir uğur: Azərbaycanlı üzgüçü çempion oldu - FOTO
III MDB Oyunlarının medal sıralaması: Rusiya liderdir, Azərbaycan ikinci yerdədir