DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA=nın rəsmi saytı məlumat yayıb.
İzləyicilər biletləri "iTicket.az" portalından onlayn şəkildə əldə edə bilərlər.
Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 manatdır. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılan J sektoruna biletlərin qiyməti 45 manat təşkil edir.
Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq. Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.